Elmar Baxşıyev: “Öz futbolçularıma etirazım var ki...”
- 16 Fev 2020 18:53
- 845
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, əyalət təmsilçisinin çalışdırıcısı 1:3 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
- Son oyunlardakı uğursuzluğu sırf müdafiə xətti ilə bağlamazdım. İbrahim Niassenin gedişindən sonrakı boşluğu doldura bilməmişik. Bu komanda oynamağı bacarır və potensialımız var. Yeni transferlər komandaya gec qoşuldu. Onlara da vaxt lazımdı.
- Sürətli hücumlar olur, amma nəticə olmur. Bəlkə, taktikanı dəyişmək lazımdı?
- Bura gəldiyim ilk gündən hücum futbolu oynatmağa çalışmışam. İstəmərəm ki, komanda 90 dəqiqə müdafiədə oynasın. Futbol gözəlliyi sevir.
- Hakimliyi necə qiymətləndirirsiz?
- Ümumi baxanda, oyun normal idarə olundu. Bu baxımdan, öz futbolçularıma etirazım var ki, diqqəti, nəzarəti tez itirirlər. Bunun da nəticəsində lazımsız vərəqələr alırlar. (komanda.az)