Elmar Məmmədyarov AFFA İK-dan gedir: öz xoşu ilə
- 23 Dek 2020 11:00
- 708
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov AFFA rəhbərliyindən getmək fikrindədir.
Rekord.az-ın məlumatına görə, o, İcrayyə Komitəsinin (İK) üzvüyündən istefa vermək niyyətində olduğunu bildirib.
Sabiq məmur bu planı ilə bağlı federasiya prezidenti Rövnəq Abdullayevi xəbərdar edib.
2017-ci ildən İK-də təmsil olunan Məmmədyarovu futbol ailəsinin bir üzvü etmək AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun ideyasıdır.
O, burada 2 məqsəd güdüb: həm Məmmədyarovla şəxsi münasibətlərini daha da yaxınlaşdırmaq və yaxşılaşdırmaq, həm də xarici səfərlərlə əlaqəli yaranan sənədləşmə problemlərinin vaxtında həllinə nail olmaq.
Bu məsələnin İcraiyyə Komitəsinin müzakirəsinə nə vaxt çıxarılacağı hələ bilinmir. Amma gözlənilir. Ali orqan bu il videokonfrans təşkil etməyəcək. Böyük ehtimalla, iclas ya yanvarda, ya da fevralda baş tutacaq. (sportinfo.az)