Elmar Qasımov: "Fənd tətbiq edirdi, saxlaya bilmirdim"
- 17 Avq 2022 14:43
- 731
"Bu, tək mən yox, başqaları üçün də narahat rəqibdir. Güləşə bilmədim. Fənd tətbiq edirdi, saxlaya bilmirdim".
Rekord.az xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Azərbaycan cüdoçusu Elmar Qasımov jurnalistlərə açıqlamasında deyib.
100 kq-da fəxri kürsünün 2-ci pilləsinə qalxan idmançı tam formada olmadığını və təcrübəsi hesabına güləşdiyini bildirib:
"Məşq edib, qarşıdakı yarışlaradək daha yaxşı formada olacağam. Sevindirici haldır ki, finala kimi irəlilədim. Əslində ciddi problemim yoxdur.
Sadəcə, qabırğam əzilmişdi. Ona görə yaxşı məşq edə bilməmişdim. Amma sonuncu Avropa çempionatında güclü rəqibləri udub, 3-cü yeri tutmuşdum".
O, 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına qatılmayacağı üçün İslamidada iştirak etdiyini söyləyib.