Elnur Eyvazov futbol adamı deyil. Bu mənada onun “Neftçi”yə təyinatı heç də birmənalı qarşılanmadı.  

Rekord.az-a daxil olan məlumata görə, vəzifəsi icraçı direktor olsa da, Eyvazov futbolla bağlı demək olar ki, heç bir işə qarışmır.

Daha doğrusu, qarışmaqda maraqlı da deyil. Bu şəxs “Neftçi”yə birbaşa SOCAR-dan təhkim olunub. Əsas işi isə neft şirkətrindən ayrılan vəsaitə nəzarət etməkdir. Yəni klub prezidenti Kamran Quliyev olsa da büdcəyə, xərclərə əsas nəzarət edən şəxs məhz Eyvazovdur. Vəsait hara xərclənir, nə qədər xərclənir, hamısından bu şəxsin xəbəri olmalıdıdır.