“Neftçi” Futbol Akademiyasında islahatlar başlayıb.

Rekord.az xəbər verir ki, Rəşad Abdullayev 19 yaşlılardan ibarət komandanın baş məşqçi postunu tərk edib.

Bunun indi yaşanması təsadüfi deyil. Akademiyanın baş koordinatoru vəzifəsinə Elşad Əhmədov gətirilib və yeni rəhbərin gəlişi artıq öz təsirini göstərməkdədir.

Abdullayev yoluna əvəzedici komandada köməkçi məşqçi kimi davam etdirəcəksə, akademiyada çalışan bəzi mütəxəssisləri həm yerdəyişmə, həm də işini itirmək riski gözləyir.

“Sabah”dan geri qayıdan Əhmədov onadək burada çalışan bəzi məşqçilərin fəaliyyətindən narazıdır. (sportinfo.az)