I Liqanın "Şamaxı" - "Mingəçevir" matçında qonaqların qapısında Elnar Kərimovun dayanması çoxlarını təəccübləndirdi.

Rekord.az xəbər verir ki, karyerasını başa vuran veteran qapıçı hazırda klubd qapıçılarla işləyən məşqi funksiyasını yerinə yetirir.

Bu mənada onun oyunçu kimi sahəyə çıxması çoxlarında Elnarın yenidən karyerasını bərpa etməsi təəssüratını yaratdı. Əslində isə belə deyil. "Mingəçevir"in baş məşqçisi Kərimovu məcburiyətdən meydançaya buraxıb. Çünki komandanın birinci əsas qapıçısı cəzalı, ikinci qapıçısı isə zədəlidi. Belə olan halda qapıçılarla işləyən məşqçi çərçivəyə keçməli oldub.

Maraq üçünq eyd edək ki, eyni hal 6-7 il öncə Elşən Poladovun da başına gəlmişdi. Poladov həmin vaxt faktiki olaraq, karyerasını bitirib "İnter"də qapıçı-məşqçi kimi işləyirdi. Lakin əsas və ehtiyat qapıçılar cəzalı, zədəli durumda olduğu üçün məşqçilər korpusu məcbur qalıb onu meydançaya buraxmışdı.