Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ikinci yarış günü davam edir.

Rekord.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Kişilər arasında çəkisi 81 kq-a qədər olan idmançılar qalibi müəyyən ediblər. Toplam 297 kq (131+166) çəkinin öhdəsindən gələn Elşad Şərifov qızıl medala sahib çıxıb. Toplam 295 kq (135+160) nəticə ilə Kənan Əliquliyev ikinci, toplam 267 kq (120+147) nəticə ilə Füqan Əliyev üçüncü yeri tutublar.

Qaliblərin təltifetmə mərasimində mötəbər qonaqlar iştirak edib. Milli Məclisin deputatları Kamal Cəfərov, Müşfiq Cəfərov və Rauf Əliyev fəxri kürsüdə yer alan idmançılara medal və diplomları təqdim ediblər.