«Sabah»ın vidalaşmağa hazırlaşdığı növbəti futbolçunun kimliyi bəlli olub.

Rekord.az-ın məlumatına görə, Visente Qomez Elşən Abdullayevin xidmətindən imtina edib.

Uzun müddət zədədən müalicə olunan yarımmüdafiəçi əvvəlki formasını yığmağa çətinlik çəkdiyindən, ispaniyalı baş məşqçi ona şans verməyi düşünmür.

Bu üzdən, Elşənə özünə yeni komanda tapması tapşırılıb. «Sabah» da bu işdə ona yardımçı olmağa çalışır.

«Neftçi»nin yetirməsi artıq «Qəbələ»yə təklif edilib. Əyalət təmsilçisi bu keçiddə maraqlı olsa, Abdullayevi 6 aylıq icarəyə götürə bilər. (sportinfo.az)