Eltac Səfərli Almaniyada beynəlxalq turnirin qalibi oldu
- 21 Noy 2022 20:45
- 547
Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Rekord.az xəbər verir ki, 30 yaşlı qrossmeyster son turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib.
Yekunda 6,5 xal toplayan Eltac Səfərli yarışı birinci pillədə başa vurub.
Xatırladaq ki, 7 turdan ibarət yarışda 188 şahmatçı mübarizə aparıb.