![photo](https://www.rekord.az/storage/uploads/5/elvin-bedelovv.jpg)
Elvin Bədəlov: "İki oyunun ikisində də qələbə qazanmağımız sürpriz olmadı" MÜSAHİBƏ
- 20 Avq 2023 13:00
- 396
"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov "Qəbələ" üzərindəki 2:1-lik səfər qələbəsindən sonra jurnalistlərə müsahibə verib.
Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Öncə oyunla bağlı fikirlərin...
- Qəbələdə oynamaq hər zaman çətindir. Çünki hava bürkü olur, nəfəs almaq çətinləşir. Bütün komandalar burada əziyyət çəkir. Şükürlər olsun ki, qələbə qazandıq. Düzdür, yaxşı oynamadıq. Amma mövsümün əvvəlidir. Get-gedə daha yaxşı oynayıb, daha çox qələbələr qazanmaq istəyirik.
- Bu gün fərqli mövqedə oynadınız. Çətin olmadı ki?
- Peşəkar futbolçuyuq. Baş məşqçi məni harada görürsə orada oynamağa və özümü göstərməyə hazıram.
- Mövsümə iki qələbə ilə başlamağınız ictimaiyyət üçün sürpriz oldu. Sizin özünüz üçün necə?
- Bizim üçün sürpriz olmadı. Çünki hazırlaşmışdıq, bilirdik ki, ötən mövsümü pis oynamışdıq. Dediyim kimi, hələlik mövsümün əvvəlidir. Hədəfimiz turlar keçdikdə daha yaxşı oynamaq, mövsümü daha yuxarı pillədə başa vurmaqdı.
- Ötən tur "Sabah"la oyunun təxirə salınması sizin üçün yaxşı oldu, yoxsa pis?
- Elə də fərq olmadı. Oynasaq da, oynaasaq da mənə görə eyni şey idi. Düzdür, oynasaydıq, daha yaxşı olardı.
- Nə mənada yaxşı olardı? Yəni "Partizan"a qarşı oyunu düşünən rəqib meydançaya ikinci heyətlə çıxa və siz də bundan istifadə edib qələbə qazana bilərdiniz?
- Yox, rəqib baxımından yox, özümüzə görə dedim. Çünki nə qədər çox oyun oynasaq, o qədər tez formaya düşərik. Sadəcə, rəqibin avrokuboklarda daha yaxşı çıxışına kömək üçün bu addım atıldı.
- I Liqa təmsilçisi MOİK-ə qarşı oynamaqla bu boşluğu nə dərəcədə doldura bildiniz?
- Düşünürəm ki, MOİK "Sabah" olmasa da, onlarla oynamaq xeyirimizə oldu. Hər halda, məşqdənsə oyun daha yaxşıdır.
- Yenidən milliyə dəvət gözləyirsən?
- Milliyə hər zaman dəvət gözləyirəm. Bu mənada forma yığıb hazırlıqlı olmalıyam. Amma dəvət edib-etməmək millinin baş məşqçsinin verəcəyi qərardı və o da hansı qərarı versə, hörmətlə yanaşacam.