AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qarabağ” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” görüşündə oyun günü planı pozulduğuna görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib.