Elvin ehtiyatda qaldı, “Şkupi” uduzdu
- 14 Sen 2020 12:21
- 562
Futbol üzrə Şimali Makedoniya çempionatında 5-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Vardar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Elvin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Şkupi” 5 oyuna topladığı 10 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.