Cari mövsüm öncəsi futbolçu karyerasını başa vuran Elvin Məmmədovla bağlı maraqlı məlumat əldə etmişik.

Rekord.az-a daxil olan məlumata görə, futbolçu bu qərarı verməmişdən qabaq doğma Tovuzunu təmsil edən "Turan Tovuz" xəbər göndərərək orada oynamaq istədiyini bildirib.

Hətta elə də yüksək olmayan maaşa. Lakin Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov bunu qəbul etməyib. O, Elvinin 2022-23-cü il mövsümü öncəsi "Turan Tovuz"u deyil, "Şamaxı"nı seçməsini 35 yaşlı futbolçuya bağışlamayıb.