"Səbail"in müdafiəçisi Elvin Yunuszadə böyük məbləğdə cərimələnib. 

Cempion.az xəbər verir, buna səbəb onun səhər məşqlərinə gəlməməsi və yaxud gecikməsidir.

Aparılan araşdırma zamanı məlum olub ki, millinin keçmiş üzvü alkoqollu içkilərə meyl edir və gecələri əyləncə məkanlarında keçirir.

Klub tərəfindən bir neçə dəfə bağışlansa da, Elvin bunlardan nəticə çıxarmayıb. İndi onun adı bu ay komandadan uzaqlaşdırılması nəzərdə tutulan futbolçuların siyahısında birincidir.