Dmitri Kramarenkonun millidən gedişindən sonra onun yerinə başqa bir sabiq milli üzvü Aleksandr Jidkovun namizədliyi gündəmdə olub.

Rekord.az-a daxil olan məlumata görə, Jidkov özü də millimizdə işləməkdə maraqlı olub və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla bununla bağlı söhbəti də olub.

 

Məmmədov Jidkova millinin qapıçılarla işləyən məşqçisi postuna dair vəd verib və onunla əlaqə saxlanılacağını bildirib. Bir müddət sonra isə məlum olub ki, Kramarenkonun yerinə Rauf Mehdiyev təyin olunub.