AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun Tərlan Əhmədovun məşqçilik fəaliyyətinə qadağa qoyması haqda məlumat vermişdik. Həm də baş katib olan bu şəxs Əhmədova Ramin Musayevin adamı olduğu üçün qadağa qoyub. Heç bir klub ona iş verə bilməz.

Rekord.az-a daxil olan məlumata görə, Məmmədov daha bir məşqçiyə qadağa qoyub.

Söhbət "Kəpəz"dən ayrılandan bəri işsiz qalan Şahin Diniyevdən gedir. Düzdür, Diniyev Əhmədov kimi "qara siyahı"ya salınmayıb. Amma klublara tapşırıq verilib ki, bir müddət Diniyevə də iş verməsinlər.