Elxan Məmmədov həmyerlilərinin təklifini iki dəfə geri çevirib
- 20 Apr 2021 12:00
- 722
Şəkinin yeganə meydançasının qazonu bərbad haldadır. Dolayısıyla rayonun İcra hakimiyyətinin balansında olan stadiona Şəkinin qadınlardan ibarət "Marxal" klubu ev sahibliyi edir. Ancaq pandemiya ilə əlaqədar komandaya məşq etməyə də icazə verilmir.
Rekord.az xəbər verir ki, şəkililər stadionun qazonunun dəyişdirilməsi üçün iki dəfə AFFA-ya, xüsusilə icraçı vitse-prezident Elxan Məmmədova müraciət edib.
Xahiş ediblər ki, bölgə futbolunun inkişafı naminə Şəki stadionunun da qazonu dəyişdirilsin və ən azı ora süni örtüklü meydança salınsın. Lakin hər iki halda onların istəyinə "yox" deyilib və bildirilib ki, bunun üçün maliyyə yoxdur.
Maraq üçün qeyd edək ki, Elxan Məmmədov əslən məhz Şəki rayonundandır.