Elxan Məmmədov həmyerlisini "Səbail"in prezidenti təyin edir?
- 20 May 2021 15:00
- 1003
AFFA “Səbail”i tamamilə özünküləşdirməyə hazırlaşır.
Rekord.az-ın məlumatına görə, federasiya rəhbərliyi Bayıl təmsilçisinin idarəçiliyini bir əldə cəmləşdirmək niyyətindədir.
Tamerlan Abdullayevin gedişindən sonra “dənizçilər” faktiki olaraq başsız qalıb.
İndi isə “Səbail” yeni, bu dəfə rəsmən fəaliyyət göstərəcək prezidentinin yolunu gözləyir. AFFA-nin namizədliyini nəzərdən keçirdiyi şəxslər arasında hələlik favorit Zaur Hacı-Məhərrəmovdur.
O, hazırda AFFA-nın futzal üzrə koordinatoru vəzifəsini yerinə yetirir. Həmçinin milli komandaların meneceri olaraq çalışır.
Zaur Hacı-Məhərrəmovun reputasıyası birmənalı olmayan kadrlardandır. İndiyədək haqqında çoxsaylı xoşagəlməz söz-söhbətlər yayılıb. Özəlliklə maliyyə il bağlı məsələlərdə.
Qeyd edək ki, əslən şəkili olan Hacı-Məhərrəmov AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədovun həmyerlisidir. (sportinfo.az)