Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blank arasında görüş keçirilib. 

Rekord.az xəbər verir ki, görüşdə AÇ-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb, AFFA və İFA arasında əməkdaşlıqla bağlı müzakirələr olub.

Xatırladaq ki, İsveçrə milli komandası AÇ-2020-nin A qrupu çərçivəsində iki oyununu Bakı Olimpiya Stadionunda keçirib.