Mehman Allahverdiyev “Kəpəz”ə yeni sponsor tapıb. Artıq bununla bağlı AFFA ilə danışıqlar da başlanılıb.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, federasiya klubu yeni sponsora asanlıqla verməyi düşünmür.

Belə ki, danışıqlar zamanı Allahverdiyevin qarşısında müəyyən şərtlər qoyulduğuna dair məlumatlar var. Həmin şərtlərdən biri də klubda müşahidə şurasının saxlanılmasıdır. Yəni yeni sponsor hazırkı müşahidə şurasını saxlamalı, AFFA-nın adamı isə klubda mütləq təmsil olunmalıdır. Bu şərti Allahverdiyevin qarşısında şəxsən icraçı vitse-prezident Elxan Məmmədov qoyub.