Ötən gün "Araz Naxçıvan" - "Turan Tovuz" matçında AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun görünməsi çoxları üçün sürpriz oldu.

Rekord.az xəbər verir ki, AFFA ilə, Azərbaycan futbolu ilə\ heç bir rəsmio bağı qalmayan bu şəxsin yenidən stadionlarda görünməsi futbol ictimaiyyəti arasında xoş qarşılanmadı.

Əldə etdiyimiz məlumata görə, Məmmədov məhz "Araz Naxçıvan"nın oyununa dostu Zaur Axundov və eləcə də baş məşqçi Elmar Baxşıyevə görə gedibmiş. Maraq üçün deyək ki, Baxşıyevi "Araz Naxçıvan"a məhz sabiq baş katib təyin etdirib.