Elxan Məmmədov Parisdə tanış olduğu adamı milliyə gətirdi
- 13 Avq 2020 17:00
- 752
"Biz bir-birimizi çox gözəl başa düşdük".
Rekord.az xəbər verir ki, Canni De Byazi Azərbaycan millisinə dəvət almasından danıışan.
1,5 illik müqaviləyə imza atan italiyalı mütəxəssis AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla bir neçə il əvvəl Fransanın paytaxtı Parisdə tanış olub:
"O zaman mən Albaniya millisini çalışdırırdım. Azərbaycandan təklif gələn kimi Ansi Aqolli ilə söhbətləşdim. O, mənə oğlum, kiçik qardaşım kimidir.
Mənə Azərbaycan reallıqlarından çox danışdı. Burada 9 il oynadığı üçün ölkə futboluna yaxşı bələddir. İnformasiya mənasında Aqollidən eşitdiklərim mənim üçün çox faydalı oldu".