Azərbaycanda olan-qalan futbol hakimliyini də məhv edən Frits Ştuxlikə "gözün üstə qaşın var" deyən yoxdur.

Rekord.az xəbər verir ki, az qala hər ay bir konflikt yaşayan, təcrübəli hakimləri bir-bir futboldan küsdürən avstriyalı ilə bağlı narazılıqlar AFFA-nın icraçı vitse-prezident-baş katibi Elxan Məmmədova da çatdırılıb.

Lakin Məmmədov Ştuxlikin tərəfini tutub və bildirib ki, onu Hakimlər Komitəsinə sədr təyin edən AFFA avstriyalıya tam mənada güvənir və onun bütün qərarlarını da dəstəkləyir.