Xəbər verdiyimiz kimi, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov sabiq baş məşqçisi Tərlan Əhmədovu yenidən geri qaytarmaq istəyir.

 

Lakin Rekord.az xəbər verir ki, Ramin Musayevin adamı kimi, Elxan Məmmədovun "qara siyahısı"na düşən Əhmədovun yenidən bu posta qayıdışı heç də asan məsələ deyil.

 

Saytımıza daxil olan məlumata görə, məsələdən xəbər tutan Məmmədov Axundova bununla bağlı xəbərdarlıq edib. Yəni Tərlan Əhmədov AFFA-nın nəzarətində olan heç bir klubda çalışa bilməz.