Elxan Məmmədovdan "Zirə"yə böyük dəstək?
- 22 İyl 2020 12:00
- 1004
«Zirə»nin əvəzedjici komandasının fəaliyyətini dayandırması AFFA-da narahatlığa səbəb olub.
Rekord.az xəbər verir ki, qəsəbə təmsilçiinin əvəzediciləri üzümüzə gələn çempionatda çıxış etməyəcək ki, bunun da səbəbləri müxtəlifdir.
Belə ki, «dubl»un bir neçə futbolçusu əsas komandaya cəlb olunub. Digərləri isə Gənclər Liqasında mübarizə aparacaq U-19-a göndərilib.
«Qartallar»ın bu addımı atması həm də I Divizionda oyun «alver»inin kütləvi hal almasıyla əlaqədardır. Ötən mövsüm baş verənlər hələ yaddan çıxmayıb.
AFFA «Ağsu»nu qış fasiləsində çempionatdan kənarlaşdırdı, təqrtbən 50-yə yaxın şəxsini – futbolçu, məşqçi, funksioner, klub əməkdaşını ömürlük futboldan «sildi».
Birinci dəstəyə nəzarət zəif olduğundan, «Zirə» rəhbərliyi klubun imicini AFFA-ya 100 min manat cərimə ödəməkdən üstün tutub. Beləliklə, I Divizion nümayəndələrinin sayı 12-yə enib. «Qəbələ» son 2 ildə aşağı dəstədə çıxış etməkdən boyun qaçırıb.
Vəziyyətin belə hal alması AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovu qayğılandırıb. Federasiyadan əldə etdiyimiz məlumata görə, o, imtinanın səbəblərini öyrənmək məqsədilə «Zirə» rəhbərliyi ilə əlaqə yaradıb.
Qarşı tərəf bildirib ki, koronavirus pandemiyası sponsorların kluba maliyyə dəstəyini zəiflədib, nəticədə cari xərcləri qarşılamaq çətinləşib.
Bu səbəbdən nəinki əvəzedici komandanı, hətta akademiyanın fəaliyyətini təmin etmək və Zirə Olimpiya Kompleksinin stadionunu normal vəziyyətdə saxlamaq böyük problemə dönüb.
E.Məmmədov bu məsələlərdə AFFA-nın «Zirə»yə köməklik göstərəcəyinit qeyd edib. Qurum rəhbəri Premyer Liqada mübarizə aparan bütün komandalarla yaxından maraqlandıqlarını və hər işdə onlara yardımçı olmağa çalışdıqlarını söyləyib.
O, «Zirə-2»nin Divizionda iştirakını davam etdirməsini istədiklərini, bununla yanaşı, akademiya və stadionun saxlanılmasına maddi dəstək verə biləcəklərini deyib. (sportinfo.az)