Son zamanlar futbol sahəsində artan "istefa" sədaları hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. "Rekord.az" xəbər verir ki, artıq bu şüarı səsləndirən azarkeşlər idarələrə çağırılaraq ifadələri alınmağa başlayıb. 

 

Dünən polis "Qarabağ"ın bir neçə azarkeşi ilə bu barədə danışıb. Fanatlar şüarlarının heç bir siyasi məqsəd daşımadığını və yalnız futbolla bağlı bu addımı atdıqlarını bildirsələr də, münasibət dəyişməyib. Polis "bir daha bunu etməyin" tapşırığını verib. Orqanlar tribunalarda hətta fişəng yandırmağı belə qadağan edib və belə hal təkrarlanacağı halda, hamısının həbs olunacağını bildiriblər.

 

"Qarabağ" azarkeşləri Premyer-Liqanın 11-ci turunda "Keşlə" ilə matçda "Elxan - istefa" qışqıraraq AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovu hədəfə almışdılar.