Region Liqasında çıxış edəcək daha bir klubun adı bəlli olub.

Rekord.az xəbər verir ki, “Şəki” 2020/21 mövsümündə gücünü sınayacaq.

Bu informasiyanı Region Liqasının rəsmi feysbuk səhifəsi yayıb. Klubun loqosunun nümayiş olunduğu şəklə “Xoş gəldin, “Şəki”! Şəkililər, səsiniz gəlsin!” sözləri yazılıb.

Maraq üçün deyək ki, AFFA-nın icraçl vitse-prezidenti Elxan Məmmədov da əslən Şəkidəndir və onun bu yaxınlarda bu rayona səfərindən sonra komandanın "Region Liqası"nda çıxışı haqda müzakirələr aparılmışdı.