Elxan Məmmədovun sədrlik etdiyi UEFA komitəsi iclas keçirdi
- 05 Noy 2020 18:20
- 515
Bu gün UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar videokonfrans formatında təşkil olunmuş iclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.