Əməkdar məşqçi Namiq Qarayev dünyasını dəyişib
- 25 Apr 2020 12:37
- 1072
Sabiq futbolçu, Lənkəran futbol tarixinində iz qoymuş şəxslərdən olan, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Namiq Əliheydər oğlu Qarayev dünən dünyasını dəyişib.
O, 60-cı illərin sonunun Lənkəran "Xəzər"inin heyətində futbolçu kimi uğurla çıxış etmiş, ancaq karyerasını erkən bitirərək, ali təhsil aldıqdan sonra məşqçilik fəaliyyətinə başlamışdı. 1992-1997-ci illərdə vaxtilə futbolçu qismində şərəfini qoruduğu "Xəzər"də ikinci məşqçi, sonra isə uzun bir dönəm baş məşqçi kimi çalışıb. Qarayev ömrünün son 25 ilini həmçinin uşaq futbolunun inkişafına da həsr etmişdi.
AFFA Həmkarlar İttifaqının idarə heyəti bununla bağlı başsağlığı verib və mərhumun ailəsinə səbr diləyib.
Allah rəhmət eləsin!