Emeri yenidən "Sevilya"ya qayıdır?
- 28 Fev 2020 17:25
- 738
Unay Emeri yenidən “Sevilya”ya qayıda bilər.
Rekord.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, klub rəhbərliyi hazırkı baş məşqçi Lopeteqinin işindən narazıdır. Onun yerinə isə Emeri düşünülür. 48 yaşlı mütəxəssis 2013-2016-cı illərdə “Sevilya”nı çalışdırıb.
O, bu müddət ərzində 3 dəfə Avropa Liqası kubokunu qazanıb. Emeri “Sevilya”dan ayrıldıqdan sonra PSJ və “Arsenal”ı çalışdırıb. O, hazırda işsizdir.