Qazaxıstanın “Turan” komandasında çıxış edən Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Yığmanın baş məşqçisi Canni De Byazi 28 yaşlı qapıçını Qazaxıstan, Belarus və Slovakiya ilə UEFA Millətlər Liqasının oyunlarına çağırıb.

Xatırladaq ki, martın 4-də “Turan”la müqavilə bağlayan Emil Balayev Qazaxıstan təmsilçisində cəmi 1 rəsmi oyuna çıxıb.