Emil Balayev daha 1 il "Tobol"da!
- 15 Noy 2019 15:00
- 1704
Futbol üzrə milli komandamızın qapıçısı Emil Balayev daha bir mövsüm Qazaxıstanın "Tobol" klubunda oynayacaq.
Rekord.az xəbər verir ki, bu barədə Balayev özü sports.kz portalına açıqlamasında bildirib.
Emil qeyd edib ki, onun "Tobol"la hələ 1 illik müqaviləsi qüvvədədir. "Ona görə "Tobol"da qalıram" deyə millimizin qapıçısı klubdakı gələcəyinə aydınlıq gətirib.
Emil Balayev 2019-cu ilin yanvarında "Səbail"dən "Tobol"a keçib. 25 yaşlı qapıçı ötən həftə başa çatan Qazaxıstan çempionatında mövsümün rəmzi komandasında əsas qapıçı kimi yer alıb. Onun komandası "Tobol" isə çempionatı 4-cü sırada başa vurub.