Emil Balayevlə bağlı maraqlı məlumat əldə etmişdik.

Rekord.az-a daxil olan məlumata görə, millimizin qapıçısına Cənubi Koreyanın yüksək liqa klublarından birinə keçmək tövsiyyə olunub.

Razılıq verəcəyi halda bu transferi həyata keçirməyi üzərinə götürəcək menecerlər də var. Hansı ki, Asiyanın futbol bazarını çox yaxşı bilirlər. Emilin də oyunlarını Qazaxıstan çempionatından izləyirlər. Lakin qapıçı özü bu təklifə konkret bir cavab verməyib.