Qazaxıstan Premyer Liqasında müxtəlif nominasiyalar üzrə ən yaxşı oyunçular məlum olub.

Rekord.az xəbər verir ki, “Tobol”da forma geyinən Azərbaycan millisinin üzvü Emil Balayev də ən yaxşı üç qapıçıdan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil Qazaxıstan çempionatında mövsümün ən yaxşı 3-cü qapıçısı olub. Onu bu nominasiyada “Astana”dan Nenad Eriç və “Ordabası”dan Dmitro Nepoqodov üstələyib.

Emilin şərəfini qoruduğu “Tobol” mövsümü 4-cü sırada tamamlayıb.