Emil Balayev böyük ehtimalla mövsümün sonunda "Qarabağ"dan ayrılacaq.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb futbolçunun çox az oynamaq şansı qazanmasıdır.

Belə ki, hazırkı vəziyyətdə Qurban Qurbanov daha çox Şahruddin Məhəmmədəliyevə güvənir və dağıstanlı qapıçı da özünü doğuruldur. Yaranmış vəziyyət Emilin milli karyerasına da təsirsiz ötüşmür. Çünki Şahruddin klubla bərabər, millidə də əsas çərçivə qoruyucusuna çevirilir. Bütün bunları nəzərə alan Balayev daimi oynaya biləcəyi kluba keçmək istəyir.