“Tobol” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Emil Balayev Qazaxıstanda yeni uğura imza atıb.

Rekord.az xəbər verir ki, Balayevin bu mövsüm Qazaxıstan çempionatında qolsuzluq seriyası 736 dəqiqə olub. Bu barədə “Tobol” klubunun rəsmi saytı məlumat yayıb.

Balayev bu göstərici ilə Qazaxıstan çempionatları tarixində ən uzun “quru oyun” seriyasına malik olan 5-ci futbolçu olub.

Ən uzun “quru oyun” seriyası “Kayrat”ın keçmiş qapıçısı Sergey Boyçenkoya aiddi. Boyçenkonun “quru oyun” seriyası 921 dəqiqədi.

Emil Balayev bu ilin yanvarında “Səbail”dən “Tobol”a keçib.