Emil Balayev qərarını verdi
- 15 Noy 2019 16:21
- 1723
Qazaxıstanın “Tobol” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Emil Balayev gələcəyiylə bağlı açıqlama verib.
Rekord.az “sports.kz” saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı “Tobol”da qalacağını deyib:
“Tobol”da qalıram. Klubumla daha bir illik müqaviləm var”.
Qazaxıstan Premyer Liqasında bu mövsüm 31 oyuna çıxan Emil, 22 qol buraxıb.