Emil Balayev: “Sabah bizi gözəl oyun gözləyir”
- 12 Okt 2019 21:00
- 808
“Komandamızda əhval-ruhiyyə yüksəkdi. Çünki bura Bəhreynlə qələbə ilə gəlmişik. Oyuna yaxşı hazırlaşmışıq. Macarıstanın Xorvatiyaya 0:3 hesablı məğlubiyyəti hələ heç nə demək deyil. Sabah bizi gözəl oyun gözləyir”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının qapıçısı Emil Balayev səfərdə Macarıstan yığmasına qarşı keçirəcəkləri AÇ-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.
25 yaşlı qolkiper bildirib ki, Xorvatiyaya qarşı sərgilədiyi yaxşı oyun onda heç bir gərginlik yaratmayacaq: "Futbol kollektiv oyundu və bir nəfər matçın taleyini həll edə bilməz. Komanda yoldaşlarım mənə inandığı üçün özümü rahat hiss edirdim. İnanıram ki, bunun sayəsində gərginlik olmayacaq".
Qeyd edək ki, oktyabrın 13-də "Qroupama Arena"da keçiriləcək Macarıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.