BƏƏ-də təlim-məşq toplanışında olan “Tobol”da forma geyinən Azərbaycan millisinin üzvü Emil Balayev Türkiyəyə yollanıb.

Rekord.az xəbər verir ki, buna səbəb 25 yaşlı qapıçının Türkiyədə reabilitasiya keçməsidi. 

Bu barədə “Tobol”un prezidenti Nikolay Panin klubun saytına açıqlamasında deyib:

“Emil Balayev də Dubaya uçmuşdu. Ancaq bu gün Türkiyədə reabilitasiya keçməsi planlaşdırılıb. Balayev toplanışın bir hissəsini Türkiyədə keçirəcək, fərdi proqrama əsasən çalışacaq”.