"Qarabağ"da oynamaq şansı qazanmayan və Şahruddin Məhəmmədəliyevin əvəzləyicisi roluna düşən Emil Balayev yenidən Qazaxıstanda oynaya bilər.

Rekord.az xəbər verir ki, menecerlər ona belə bir variant təklif edib.

Qapıçı özü isə hələlik gələcəyi ilə bağlı hansısa qərar verməyib.

Qeyd edək ki, Emilin xidmətində bəzi yerli klublar da maraqlıdır. Onun isə "Qarabağ"la müqaviləsi olduğundan, klubun razılığı olmalıdır.