Emil Balayevin "Tobol"dakı taleyinə dekabrın 30-a kimi aydınlıq gələcək.

Rekord.az-ın əldə etdiyi məlumata görə həmin vaxta kimi yeni erməni baş məşqçi Emillə çalışıb çalışmamaqla bağlı qərarını açıqlayacaq.

Qeyd edək ki həmyerlimizin Qazaxıstan klubu ilə daha 1 illik müqaviləsi var. Yeni baş məşqçi Balayevlə işləmək istəməsə yəqin ki qapıçımız ya transferə çıxarılacaq ya da icarəyə veriləcək.