Futbol üzrə Qazaxıstan çempionatında 32-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Kaysar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 60 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.