İsveç milli komandasının futbolçusu Emil Forsberq AÇ-2020-nin 1/8 final mərhələsində Ukraynaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, Forsberq, 1:2 hesabıyla uduzduqları oyunu belə şərh edib:

“Məncə, rəqibimizdən daha yaxşı oynadıq. Qol vurduqdan sonr iki topumuz də dirəkdən qayıtdı. Ən yaxşı nəticəyə layiq idik, ancaq uğurlu ola bilmədik.

Bir-birimizə təslim olmayacağımıza dair söz verdik. Son hücumda qol buraxmaq çox kədərlidir.

Növbəti mərhələyə yüksəlmək üçün vurduğum dörd qolu fəda edərdim. Hədəflərimiz daha irəli getmək idi. Çox məyusuq”.