Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Muatafayevin çıxış etdiyi “Çernomorets” səfərdə “Karpatı” ilə qarşılaşıb.


Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.


Matça ehtiyat oyunçular skamyasında başlayan Emil 61-ci dəqiqədə daxil olub.


“Çernomorets” 15 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.