
Emilin komandasına bir qol bəs etdi
- 06 Apr 2025 15:00
- 69
Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Muatafayevin çıxış etdiyi “Çernomorets” evdə LNZ ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Emil bu dəfə meydana buraxılmayıb.
“Çernomorets” 18 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.