Emin Ağayev "Səbail"dən getmək istəyir
- 12 Yan 2020 15:00
- 1298
Emin Ağayev "Səbail"dən ayrılmaq istəyir.
Rekord.az xəbər verir ki komanda bir neçə gündür hazırlıqlara başlasa da Ağayev hələ də düşərgəyə qayıtmayıb.
Klubdakı maddi sıxıntı və maaşların gecikməsi millimizin sabiq üzvünü də cana yığıb və o yaşadığı Moskvadan Bakıya qayıtmaq istəmir. Hazırda onunla klub arasında danışıqlar gedir.