"Səbail"in köməkçi məşqçisi Emin Ağayevin oğlu Rafael Ağayev klubun düşərgəsində baxışda olub.

Rekord.az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi "dənizçilər"in Antalyadakı düşərgəsində məşqlərdə də iştirak edib.

Lakin hazırlıq səviyyəsi baş məşqçisi Aftandil Hacıyevi qane etmədiyindən komandaya götürülməyib.