3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsində iştirak eləyən Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev jurnalistlərə açıqlamasında ölkə çempionatında komanda sayının artırılması perspektivindən danışıb.

Rekord.az xəbər verir ki, nazir bunun üzərində müzakirələr aparıldığını bildirib: "Bildiyiniz kimi, hazırda çempionatda 8 komanda iştirak edir. Biz istəyirik ki, bu say 10, hətta 12 komanda olsun. Amma tək bizim istəyimizdən asılı olan məsələ deyil. Bu, həm maddi məsələdən, sponsorlardan, həm də legioner limitindən asılı olan məsələdir. Hər halda, müzakirələr gedir".

Əmrullayev komanda sayı artacağı halda yeni komandaların bölgələri təmsil etməsində daha çox maraqlı olduqlarını da açıqlayıb.