"Neftçi"nin kapitanı Emin Mahmudov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- Sabah bizi çətin oyun gözləyir. Rəqib bizdən daha hazırlıqlıdır. Çünki çempionatları davam edir. Çalışacağıq ki, topu özümüzdə saxlayaq. Maksimum əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.

- Penalti zərbələri üzərində çalışmısızmı?
- Penaltilər üzərində hər zaman çalışıram.

- "Dinamo" sizdən hansı komponentdə üstündür?
- Bunu deyə bilmərəm. Çünki baş məşqçimiz bunları bizə deyəcək. İlk oyundakı səhvlərimizi düzəltməyə çalışacağıq.

- Səfər qolunun ləğvi haqda nə düşünürsüz? 
- Açığı, bunun tərəfdarı deyiləm. Çox şey dəyişdi. Əvvəl səfərdə bütün komandalar qol vurmağa çalışırdı, ancaq indi daha fərqlidir. İndi əksər oyunlarda penaltilər seriyası olacaq. (komanda.az)