Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Rekord.az-a daxil olan məlumata görə, tərəflər qışda yeni müqavilə imzalayacaq.

Klub futbolçunun qalmasının tərəfdarıdır. Mahmudov özü də "Neftçi"dəki durumundan razıdır. Hətta bizə çatan məlumatga görə, 30 yaşlı futbolçu karyerasını elə "Neftçi"də bitirmək istəyir. Bu mənada o, "ağ qaralar"la növbəti dəfə ən azı 3 illik müqavilə istəyir.